Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgindir
Dünya
23.12.2024 09:23
Dekabrın 23-də Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinə hücuma cəhd edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya sərhədyanı vilayətinin qubernatoru öz “Telegram” kanalında məlumat verib.
“Hər hansı xəsarət və dağıntı olmayıb. Hadisə yerində operativ və fövqəladə xidmətlər işləyir” deyə qubernator bildirib.
O, pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına aydınlıq gətirib. Ukrayna təyyarə tipli drondan istifadə edərək bölgəyə hücum etməyə çalışıb.
Töhfə Səməd
tag: Rusiya ,Ukrayna ,Cəbhə, PUA, todaypress.az,