Rusiya-Ukrayna arasında cəsəd mübadiləsi oldu
Rusiya ilə Ukrayna arasında döyüş meydanında həlak olanların cəsədlərinin böyük mübadiləsi aparılıb.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” nəşri məlumat yayıb.
Məlumata görə, 501 cəsəd Ukrayna tərəfinə təhvil verilib. Rusiya isə 89 cəsəd qəbul edib.
Qeyd edək ki, tərəflər arasında cəsəd mübadiləsi 2022-ci ildən həyata keçirilir.
Günəş Mərd
tag: Rusiya, Ukrayna, Döyüş, Cəsəd, Məlumat, todaypress.az,