Rusiya TŞ Ukrayna ilə danışıqlar aparmağın şərtini açıqladı
“Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Biz Ukrayna Silahlı Qüvvələrini öz ərazimizdən çıxarmayana qədər, təbii ki, onlarla heç bir danışıqlar aparmayacağıq” deyə o, bildirib.
Şoyqu, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Kursk AES-də nüvə terroru həyata keçirmək istəyini terrorizmin ən yüksək səviyyəsi adlandırıb.
Töhfə Səməd
tag: Ukrayna ,Rusiya, Kiyev, Moskva ,AES, todaypress.az,