Rusiya Trampla təmas qurmağa hazırlaşır
Dünya
22.01.2025 17:30
“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmas hələ razılaşdırılmayıb, lakin Rusiyada buna hazırlıq gedir”.
TodayPress xəbər verir ki, bu barədə “TASS” agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Daxili hazırlıqlar davam edir. Biz yəqin ki, Vaşinqtondan daha aydın və konkret bir şey eşidəndə, cədvəlləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq”.
Ryabkov qeyd edib ki, hazırda ABŞ-nin yeni administrasiyası ilə razılaşmalar üçün kiçik imkanlar pəncərəsi açılıb.
Bununla belə, Rusiya XİN rəhbərinin müavini hesab edir ki, Trampın gəlişindən sonra Rusiya ilə ABŞ arasında münasibətlərin dövrü əhəmiyyətli dərəcədə gözlənilməzlik ilə xarakterizə olunacaq.
Xatırladaq ki, yanvarın 20-də Tramp rəsmi olaraq prezident kimi fəaliyyətə başlayıb.
Günəş Mərd
tag: Tramp,Donald Tramp,Rusiya, Vladimir,Putin,Dünya xəbər,todaypress.az,