Rusiya Trampın təklif etdiyi variantlarla razı deyil
Dünya
04.12.2024 17:18
TodayPress xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.
Belə ki, deputat ABŞ seçkilərində qalib gələn Donald Trampın müşavirlərinin münaqişənin həlli üçün təklif etdiyi üç variantı şərh edib.
“Bu cür hiylələr, təbliğat bəyanatları, addımlar çox olacaq. Ona görə də istər prezident administrasiyasından, istərsə də bəzi başqa dövlətlərin administrasiyasından hər bir bəyanata cavab verməyin mənası yoxdur. Bu, sadəcə özümüzü çaşdırmağa səbəb ola bilər. Ona görə də biz diqqətlə nəzarət etməli və Vladimir Putinin bir neçə dəfə səsləndirdiyi fundamental şərtlərə diqqət yetirməliyik” deyə Karasin bildirib.
Parlamentarinin sözlərinə görə, Tramp administrasiyası və ya ABŞ prezidenti Cozef Baydendən gələn bütün təkliflər boş informasiya çoxluğudur.
"Biz öz maraqlarımıza, sağlam düşüncəmizə və beynəlxalq ictimaiyyətin maraqlarına əsaslanmalıyıq" deyə o nitqini sonlandırıb.
Bundan əvvəl seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın müşavirləri ona Ukraynadakı münaqişənin həlli üçün üç variant təqdim etmişdilər. Bəzi məqamlar Kiyev və Avropa İttifaqının (Aİ) kəskin reaksiyasına səbəb olub. Qeyd olunur ki, əsas məqsəd Moskva və Kiyevi danışıqlar masasına oturtmaqdır.
Töhfə Səməd
tag: Rusiya, Tramp, ABŞ,Təklif, todaypress.az,