Rusiya Suriyadakı ordusunun təxliyəsi ilə bağlı Türkiyədən kömək istədi

Dünya

09.12.2024 14:37

1404

"Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışmaq hələ tezdir".

TodayPress xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bazalarının Xmeymim və Tartusda saxlanılması barədə danışmaq tezdir: 

"Bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə mövzusudur".

Kremlin sözçüsü qeyd edib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur: 

"Suriyada vəziyyət sabitləşəndən sonra Rusiya yeni hakimiyyət orqanları ilə öz ordusunun ölkədə qalmasını müzakirə etməyi planlaşdırır".

Bu arada, Rusiya Federasiyası Rusiya qoşunlarının Suriyadan təhlükəsiz şəkildə çıxarılmasına kömək etmək istəyi ilə Türkiyəyə müraciət edib.

“CNN Türk”ün məlumatına görə, rəsmi Moskva Tartus hərbi dəniz bazası və Xmeymim aviabazaları istisna olmaqla, öz əsgərlərini bölgədən çıxaracaq.

Rusiya əsgərləri əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi bölgəyə, daha sonra hava yolu ilə Rusiyaya göndəriləcək.

tag: Rusiya, Türkiyə, Suriya, Kömək, todaypress.az,