Rusiya Sumı şəhərinə raket zərbəsi endirdi

Dünya

13.04.2025 14:04

10

Aprelin 13-də Rusiya ordusu Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin mərkəzinə iki ballistik raketlə hücum edib. Hücum nəticəsində azı 21 nəfər həyatını itirib, 83 nəfər isə yaralanıb. Yaralılar arasında 7 uşaq da var .

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyindən bildirilib. 

Nazir İqor Klimenko bildirib ki, raketlər şəhərin mərkəzində yerləşən küçələrə, ictimai nəqliyyat vasitələrinə və binalara düşüb. Hadisə zamanı insanlar küçədə, nəqliyyat vasitələrində və binalarda olublar.

tag: Sumı,Rusiya,Ukrayna,Raket,Zərbə,todaypress.az,