Rusiya sülh konfransında iştirak üçün öz şərtlərini açıqladı
Dünya
12.09.2024 14:30
“Rusiya beynəlxalq sülh konfransında və Ukrayna ilə bağlı danışıqlarda yalnız maraqlarına hörmət edilərsə və tədbirin gündəliyini tam başa düşərsə, o zaman iştirak edəcək”.
TodayPress xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa “Lenta.ru” ilə müsahibəsində deyib.
“Bu konfransın gündəliyi ilə bağlı mütləq anlayışımız olmalıdır. Amma hələ ki, Ukrayna ilə biz tamamilə fərqli fikirləri ifadə edirik” deyə siyasətçi bildirib.
Çepa vurğulayıb ki, Rusiyanın maraqlarına hörmət etmədən konfransda iştirakın və ya danışıqların aparılmasının mənası yoxdur. O, ölkənin və onun vətəndaşlarının təhlükəsizliyinə, ərazilərin toxunulmazlığına təminat verilməsinin zəruriliyini xatırladıb.
Töhfə Səməd
tag: Rusiya,Ukrayna,Danışıqlar,Sülh,Dövlət Duması,Aleksey Çepa,Konfrans,todaypress.az,