Rusiya “Su-34”ün yeni partiyasını təhvil aldı
Dünya
02.09.2024 10:49
Rusiya Aerokosmik Qüvvələri Birləşmiş Aviasiya Korporasiyasından “Su-34” ön xətt bombardmançılarının yeni partiyasını alıb.
TodayPress xəbər verir ki, bu barədə “Rostec” məlumat yayıb.
Bildirilib ki, bu təyyarələr xüsusi hərbi əməliyyat zonasında yüksək effektivlik nümayiş etdirən universal planlaşdırma və korreksiya moduluna malik yüksək dəqiqlikli döyüş sursatlarından istifadə edir.
Bu bombardmançı təyyarələr yer və hava hədəflərini, həmçinin hava hücumundan müdafiə sistemləri ilə əhatə olunan və yerli aerodromdan xeyli uzaq məsafədə yerləşən infrastruktur obyektlərini məhv etmək üçün nəzərdə tutulub.
Töhfə Səməd
tag: Rusiya, ABŞ, Aviasiya, Hava Hədəfləri ,Su-34, todaypress.az,