Rusiya silah arsenalını gücləndirir

Dünya

13.08.2024 20:07

Rusiya beynəlxalq silah forumundan təxminən 5,5 milyard dollar dəyərində  500-dən çox silah sistemi və 1 milyondan çox sursat alacaq.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Silah İdarəsinin rəisi, general-polkovnik Anatoli Qulyayev bildirib.

"Bizim 2024-cü il və faktiki olaraq 2025-ci il üçün müdafiə tədarükü planının məbləği üzrə müqavilələr imzalamışıq. Müdafiə Nazirliyi və sənaye müəssisələri öz üzərinə müvafiq öhdəliklər götürüblər. Bunun nəticəsində Silahlı Qüvvələr 500-dən çox əsas silah sistemi və texnikası alacaq” müdafiə rəsmisi qeyd edib.

Aytac Müşfiq

tag: Rusiya,Silah, Anatoli Qulyayev,Rusiya Silahlı Qüvvələri,todaypress.az,