Rusiya sərhədi yaxınlığında NATO hərbi təlimləri başlayır

Dünya

29.11.2024 18:45

Polşada, Rusiya ilə sərhəddən 70 kilometr aralıda yerləşən Varm-Masuriya Voyevodalığı ərazisində Şimali Atlantika Alyansı qüvvələrinin TÜMAK-24 adlı taktiki təlimləri başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Polşanın “PAP” agentliyi məlumat yayıb. 

Manevrlərə Polşa ordusunun və NATO bölmələrinin 2,5 mindən çox hərbi qulluqçusu, həmçinin 850 texnika cəlb olunub. Təlimlər dekabrın 2-dək davam edəcək. 

Günəş Mərd

tag: Polşa, Rusiya, Şimali Atlantika, NATO, Ordu ,todaypress.az,