Rusiya səmasında Ukraynaya məxsus 117 PUA, 4 raket məhv edildi

Dünya

14.08.2024 10:25

Ötən gecə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 117 PUA vurulub.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum zamanı, həmçinin 4 taktiki raket məhv edilib.

Nazirliyin məlumatına görə, 37 pilotsuz uçan aparat və 4 raketin hamısı Kursk, daha 37 pilotsuz təyyarə Voronej, 17-si Belqorod, 11-i Nijni-Novqorod bölgəsində məhv edilib.

tag: Rusiya, Müdafiə Nazirliyi, Hava Hücumu, Kursk, Belqorod, todaypress.az,