Rusiya səmasında 10 PUA məhv edildi

Dünya

03.07.2024 10:25

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk və Moskva əraziləri üzərindən bir gecədə 10 pilotsuz uçuş aparatını sıradan çıxarıb. 

TodayPress “Tass”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Kiyev həm təyyarə tipli dronlardan, həm də PUA-lardan istifadə etməklə Rusiya ərazisindəki hədəflərə bir neçə dəfə hücum cəhdi edib. Nazirliyin açıqlamasına görə, Belqorod üzərində beş, Bryanskdə dörd, Moskvada isə bir pilotsuz təyyarə məhv edilib.

Töhfə Səmədova

tag: Rusiya, Belqorod, Bryansk, Moskva, Kiyev, todaypress.az,