Rusiya şəhər merini axtarışa verdi

Dünya

09.08.2024 18:35

1381

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın Rovno şəhərinin meri Aleksandr Tretyakı axtarışa verib.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Tretyak Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib. Onun hansı maddəyə əsasən axtarışda olduğu deyilməyib.

O, 2023-cü ilin iyulunda Ukrayna məhkəməsi tərəfindən bir il müddətinə vəzifəsindən kənarlaşdırılıb. Tretyak korrupsiya cinayətində təqsirli bilinib. O, məhkəmənin qərarını tanımadığını bildirib. 

Xatırladaq ki, Tretyak 2020-ci ildə Rovno meri vəzifəsini icra edib.

Töhfə Səməd

tag: Rusiya, Şəhər Meri,Daxili İşlər Nazirliyi, Tretyak, Ukrayna, todaypress.az,