Rusiya səfiri qəflətən vəfat etdi

Dünya

03.07.2024 16:05

Rusiyanın Əlcəzair Respublikasındakı səfiri Valeryan Şuvayev qəfil dünyasını dəyişib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb. 

“Rusiya Federasiyasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlcəzairdə qəflətən dünyasını dəyişib” deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, Valeryan Şuvayev 27 may 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu.  

Günəş Mərd

tag: Rusiya, Səfir, Valeryan Şuvayev, Ölüm, Əlcəzair, todaypress.az,