Rusiya səfiri Ermənistanı dürüst olmağa çağırdı
Dünya
16.08.2024 12:53
“Erməni məktəblilərinin tarix dərsliklərində “Rusiyanın Şərqi Ermənistanı ilhaqı” ilə bağlı qalmaqallı ifadələr məsələsi həqiqətən də müzakirəyə layiqdir”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
O, hələlik bu məsələni müzakirə etməyə vaxtının olmadığını bildirib. Qarşı tərəfi dürüstlüyə, fürsətçi fikirlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi mayın sonunda İrəvandakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.
Günəş Mərd
tag: Erməni, Rusiya,Rusiya Xarici İşlər Nazirliyi,Sergey Kopırkin , Moskva, todaypress.az,