Rusiya səfiri Avstraliya XİN-ə çağırıldı

Dünya

24.12.2024 11:45

Rusiyanın Avstraliyadakı səfiri Aleksey Pavlovski Donetskin Kramatorsk şəhərində əsir götürülən avstraliyalı muzdlu Oskar Cenkinslə bağlı vəziyyəti müzakirə etmək üçün  Avstraliya Xarici İşlər Nazirliyinə çağırılıb.    

TodayPress “ABC”yə istinadən xəbər verir ki, bunu Avstraliyanın baş naziri Entoni Albanese deyib.

"Rusiyanın  Avstraliyadakı səfirini  müvafiq açıqlamalar vermək üçün çağırdıq" deyə o qeyd edib. 

Siyasətçi əlavə edib ki, Avstraliya rəsmiləri Cenkinsin təhlükəsizliyini təmin etmək üçün çalışırlar. Albanese həmçinin Avstraliya vətəndaşlarını münaqişə zonalarına getməmək barədə xəbərdarlıq edib.

Xatırladaq ki, sosial şəbəkələrdə özünü 32 yaşlı Oskar Cenkins kimi təqdim edən avstraliyalı muzdlu hərbçinin Rusiya hərbçiləri tərəfindən dindirildiyi video yayılıb. “ABC” telekanalının məlumatına görə, həmin şəxs Ukrayna tərəfində döyüşüb və Kramatorskda ruslar tərəfindən əsir götürülüb.   

Günəş Mərd

tag: Rusiya, Səfiri,Avstaraliya ,Oskar, todaypress.az,