Rusiya sanksiyalara qarşı alternativ bazar axtarışındadır
Rusiya, ona qarşı yeni sanksiyalar tətbiq olunacağı təqdirdə, məhdudiyyətlərə düşən malların tədarükünü fərqli ölkələrə yönəltməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin rəsmisi Dmitri Kiku məlumat verib.
O bildirib ki, ABŞ senatorlarının Rusiya mallarına 500 faiz vergi tətbiq etmək istəyi, Rusiya ilə işləmək istəyən ölkələri narahat edir. Kiku həmçinin vurğulayıb ki, bu təşəbbüsə ABŞ hökumətinin dəstəyinin olub-olmadığı da araşdırılmalıdır.
Rusiya rəsmisi qeyd edib ki, hazırda iki ölkə arasında ticarət çox aşağı səviyyədədir və Rusiya əsasən gübrə, nüvə yanacağı və platin kimi sanksiya tətbiq olunmayan mallar ixrac edir.
Qeyd edək ki, Avropa ölkələri Rusiyaya 17-ci sanskiya paketini tətbiq etmək istəyir.
Türkan İsgəndərli
tag: Rusiya,ABŞ,Sanksiya,Tarif,todaypress.az,