Rusiya rəsmilərinə “Telegram”dakı yazışmaları silmək tapşırıldı
Dünya
25.08.2024 18:00
Rusiya Federasiyasının rəsmi şəxsləri “Telegram” messencerində rəsmi yazışmaların silinməsi ilə bağlı göstərişlər alıblar.
TodayPress xəbər verir ki, bu barədə “Baza” teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin və Rusiya hökumətinin üzvləri bununla bağlı müvafiq göstərişlər alıblar.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri və bəzi iri biznesmenlərə teleqramdakı yazışmaları silməklə bağlı göstəriş verilib.
Günəş Mərd
tag: teleqram,Rusiya,hökumət,messenger,todaypress.az,