Rusiya raket təlimlərinə başladı
Dünya
23.07.2024 10:30
Rusiya Silahlı Qüvvələrinin “Yoşkar-Ola” raket birləşməsinin hərbi qulluqçuları “Yars” mobil strateji raket komplekslərindən istifadə etməklə manevrlər həyata keçirir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbçilər intensiv manevr əməliyyatları ilə tapşırıqları yerinə yetirirlər” deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Yars” ilə təlimlər bu yay İvanovo və İrkutsk vilayətlərində baş tutub.
Töhfə Səməd
tag: Rusiya, Raket, Yoşkar-Ola, Hərbçilər, Silahlı Qüvvələr, todaypress.az,