Rusiya: Putinin İstanbula getməsinin mənası yoxdur
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib ki, prezident Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlar üçün İstanbula getməsi hələlik məqsədəuyğun deyil.
TodayPress xəbər verir ki, bu barədə o, "Gazeta.ru"ya danışıb.
Kolesnik qeyd edib ki, əvvəlcə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılmalı, yalnız bundan sonra liderlərin görüşü gündəmə gəlməlidir.
O əlavə edib ki, danışıqlar uğursuz ola bilər, çünki Qərb prosesi poza bilər. Buna görə də bu mərhələdə danışıqlar daha çox "araşdırma xarakteri" daşıyır.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,İstanbul,Görüş,todaypress.az,