Rusiya PUA və “Kalibr” raketi ilə Ukraynaya zərbələr endirdi
Dünya
28.11.2024 09:30
Rusiya tərəfi PUA və bombardmançı təyyarələrdən istifadə etmək lə Ukraynaya zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.
Bildirilib ki, səhərə yaxın yeddi “Tu-95MS” strateji bombardmançı təyyarəsi səmaya qalxıb. Saat 05:03-də isə Rusiya tərəfi Qara dənizdən “Kalibr” raketi buraxıb.
Ukraynanın Energetika naziri German Qaluşenko enerji sektorunun hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir.
tag: PUA, Rusiya, Tu-95MS, Qara Dəniz, Ukrayna, todaypress.az,