Rusiya-Polşa sərhədində hərbi müşahidə sistemi yaradılır
Dünya
15.08.2024 13:37
Polşa ilə Kalininqrad vilayətinin sərhədində aktiv müşahidə sistemi yaradılacaq.
TodayPress xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“Şərq Qalxanı”nın bir hissəsi olan layihə həm Kalininqrad ilə sərhədə, həm də Polşanın Belarus və Ukrayna ilə bütün şərq sərhədinə aiddir. Bu, orada baş verənləri aktiv şəkildə izləmək üçün yaradılan bir sistemdir" deyə məlumatda qeyd olunub.
Qeydb edək ki, “Şərq qalxanı” Polşanın müdafiə proqramıdır. Onun həyata keçirilməsinə təxminən 2,5 milyard dollar xərclənəcək.
Günəş Mərd
tag: Polşa, Rusiya, Şərq Qalxanı, Belarus, Ukrayna, todaypress.az,