Rusiya ordusu Zaporojyedə irəliləyir

Dünya

11.12.2024 11:50

Rusiya hərbçiləri Zaporojye vilayətinin Orexovski istiqamətində Malaya Tokmaçka kəndi yaxınlığında irəliləyib və mövqelərini yaxşılaşdırıblar. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik, vətənpərvərlik layihələri və veteranlara dəstək məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov bildirib.

“Zaporojye vilayətində, Malaya Tokmaçka bölgəsində qoşunlarımız cəbhə xətti boyunca mövqelərini yaxşılaşdıraraq irəliləyirlər. Qulyaypole şəhəri ərazisində Ukrayna Silahlı Qüvvələrinin artilleriya qurğuları və onların ekipajları əhatə olunub” deyə o, bildirib.

Dekabrın 9-da Ukraynanın Cənub Müdafiə Qüvvələrinin spikeri Vladislav Volşin bildirib ki, rus qoşunları bir neçə həftədir ki, Zaporojye vilayətində aktiv hücum əməliyyatlarına hazırlaşır. O, həmçinin əlavə edib ki, Rusiya ordusunun bölmələri Dnepropetrovsk vilayətinin sərhədinə doğru irəliləyir.

Töhfə Səməd

tag: Zaparojye ,Rusiya ,Ordu, Ukrayna, todaypress.az,