Rusiya ordusu Ukraynadakı enerji obyektlərinə zərbələr endirdi
Rusiya qoşunları Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən enerji obyektlərinə zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Bundan əlavə, aerodrom infrastrukturu, pilotsuz uçuş aparatlarının yığılması sexi, habelə 138 regionda cəmləşən Ukrayna ordusunun canlı qüvvəsi və texnikası atəşə tutulub.
Qeyd olunub ki, Şimal Hərbi Dairəsinin fəaliyyətə başlamasından indiyədək qarşı tərəfin 26 min 175 ədəd hərbi texnikası, 14 min 753 səhra artilleriya qurğusu və minaatanı, 1 454 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 18 min 163 tank və digər zirehli döyüş texnikası, eləcə də 579 zirehli döyüş maşını məhv edilib.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya müharibə başlayandan bu yana 637 min 10 əsgərini itirib. Əməliyyatlar zamanı 8 min 691 tankı, 17 min 80 zirehli döyüş maşını, 18 min 154 artilleriya sistemi, 947 hava hücumundan müdafiə vasitəsi, 369 təyyarəsi, 24 min 784 avtomobil avadanlığı və yük maşını, 3 min 109 xüsusi avadanlığı sıradan çıxarılıb.
Töhfə Səməd
tag: Rusiya ,Ukrayna ,Müdafiə Nazirliyi, Müharibə ,Ordu, todaypress.az,