Rusiya ordusu Sumı şəhərini bombaladı
Dünya
17.08.2024 09:50
Rusiya ordusunun səhər saatlarında Ukraynanın Sumı şəhərinə raket zərbələri nəticəsində ilkin məlumata görə, bir mülki şəxs yaralanıb.
TodayPress-in xəbərinə görə, raketlər yaşayış binalarının sıx yerləşdiyi “Svoboda” prospekti ərazisinə düşüb.
Şəhərin Hərbi Administrasiyasının rəhbəri Aleksey Drozdenk bildirib ki, bir neçə avtomobil yanaraq, yararsız hala düşüb. Onun sözlərinə görə, hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir.
tag: Rusiya, Ukrayna, Sumı, Bomba,Aleksey Drozdenk, todaypress.az,