Rusiya ordusu Luqansk istiqamətində irəlilədi

Dünya

28.11.2024 09:26

Luqanskın inzibati sərhədindəki Stelmaxovka kəndi yaxınlığındakı səkkiz hektara yaxın ərazi Rusiya ordusunun nəzarətinə keçib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS”a hərbi ekspert, keçmiş polkovnik-leytenantı Andrey Maroçko məlumat verib.

O, izah edib ki, rus qoşunlarının bölmələri Xarkov vilayətinin Zaqrızovo ərazisində cəbhə xətti boyunca vəziyyəti yaxşılaşdırıb.

Töhfə Səməd

tag: Luqansk, Rusiya, Stelmaxovka, Xarkov, todaypress.az,