Rusiya ordusu Kursk vilayətinin 12 kəndində nəzarəti ələ keçirdi
Kursk vilayətində
keçirilən əməliyyat zamanı rus hərbçiləri tərəfindən 12 kənd Rusiyanın nəzarətinə keçib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş
Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Aptı Alaudinov “Rossiya-1” telekanalında
bildirib.
"Düşmən ağır itki
verib. Onun irəliləməyə gücü yoxdur. O, birtəhər tutduğu əraziləri tutmağa
çalışır. İlkin olaraq ələ keçirdiyi kəndlərdən artıq 12 kəndi itirib" o
vurğulayıb.
Sentyabrın 13-də Rusiya Müdafiə Nazirliyi 10 ərazinin - Apanasovka, Byaxovo, Vişnevka, Viktorovka, Vnesazannoye, Qordeyevka, Krasnooktyabrskoye, Obuxovka, Snaqost və Desyatı Oktyabrın azad edilməsi barədə məlumat verib.
Aynur TAC
tag: Rusiya, Ukrayna, Müharibə,Aptı Alaudinov,todaypress.az,