Rusiya ordusu irəlilədi – Daha iki kənd ələ keçirildi

Dünya

11.06.2024 15:35

2109

Rusiya ordusu Luqansk vilayətinin Artyomovsk və Xarkov vilayətinin Timkovka kəndlərini ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın gün ərazində Xarkov vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb, daha 11 nəfər yaralanıb”. 

Bunu isə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, Xarkovun Kiyev və Saltovski rayonlarına KAB-lar (tənzimlənən aviabombalar) vasitəsilə hücum nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb, Çuqevski rayonunda iki nəfər ölüb, iki nəfər yaralanıb, Dementyevka kəndi yaxınlığında isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Administrasiya rəhbəri 35 evə, 86 qaraja və 22 avtomobilə ziyan dəydiyini qeyd edib.

tag: Rusiya, Ordu, Xarkov, Oleq Sinequbov, Hərbi, todaypress.az,