Rusiya ordusu Donetskdə daha iki yaşayış məntəqəsini ələ keçirdi
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Antonovka və Maksimovka yaşayış məntəqələrini nəzarətə götürüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları "Donetsk Xalq Respublikası"nın Antonovka və Maksimovka yaşayış məntəqələrini azad edib.
Bundan əlavə, qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın MiQ-29 təyyarəsini, səkkiz Hammer aviasiya bombasını, dörd HIMARS raketini və 23 PUA-sını vurub.
tag: Ukrayna, Kursk, Donetsk, Hava Hücumu, HIMARS, PUA, todaypress.az,