Rusiya nüvə sınaqlarını bərpa etməyi düşünür

Dünya

30.11.2024 09:08

"Rusiya ABŞ tərəfindən artan gərginlik fonunda nüvə sınaqlarının bərpa etməyi planlaşdırır". 

TodayPress xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Diplomatın sözlərinə görə, bu məsələ hazırkı beynəlxalq vəziyyətin digər komponentləri ilə birlikdə müzakirə olunur. 

Ryabkov vurğulayıb ki, vəziyyət mürəkkəb olaraq qalır və daimi təhlil tələb edir. 

O əlavə edib ki, bu, ABŞ-nin Ukraynadakı silahlı münaqişə zamanı yürütdüyü siyasətə cavab ola bilər. 

Günəş Mərd

tag: Rusiya, ABŞ, XİN, Ukrayna, Münaqişə, todaypress.az,