Rusiya nüvə doktrinasını Qərbə görə dəyişəcək
“Rusiya hazırkı münaqişələr
ətrafındakı vəziyyətin təhlilinin nəticələrinə və Qərbin addımlarına uyğun
olaraq özünün nüvə doktrinasını dəyişir”.
TodayPress xəbər verir
ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, bu
addımın atılmasına səbəb Qərbin Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi
əməliyyatla bağlı mövqeyidir.
“Qarşımızda xüsusilə də
Ukraynadakı xüsusi hərbi əməliyyat daxil olmaqla, son illərin münaqişələri ətrafındakı
vəziyyəti təhlil edərək, ona uyğun dəyişikliklərin aparılması məsələsi dayanıb.
Hazırda bu istiqamətdə iş davam etdirilir, lakin onun nə zaman başa çatacağı ilə
bağlı fikir söyləmək çətindir. Çünki söhbət bilavasitə milli təhlükəsizliyimizin
təmin olunmasının vacib aspektlərindən gedir” deyə o, əlavə edib.
Töhfə Səməd
tag: Nüvə, Müharibə, Rusiya,Sergey Ryabkov ,Ukrayna, Kreml, Razılaşma, todaypress.az,