Rusiya nüvə doktrinasını dəyişir?

Dünya

06.07.2024 11:59

“Moskvanın rəqibləri tərəfindən vəziyyətin daha da gərginləşdirilməsi, Rusiyanın nüvə doktrinasında müəyyən dəyişikliklərin edilməsinə səbəb ola bilər”.  

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.   

“Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” adlı sənəd var ki, burada hərbi doktrinanın nüvə komponenti daha ətraflı şəkildə öz əksini tapıb. Orada bəzi konseptual əlavələr və düzəlişlərə ehtiyac var. Bu düzəlişlərin nə vaxt ediləcəyi rəqiblərin Rusiyaya qarşı münasibətindən asılı olacaq” deyə Nazir müavini əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə doktrinasının dövrümüzün reallıqlarına uyğunlaşdırılmasının zəruriliyini bildirmişdi.

Günəş Mərd

tag: Rusiya, Nüvə, Xarici İşlər Nazirliyi,Dmitri Peskov, Sergey Ryabkov, todaypress.az,