Rusiya neft məhsullarının nəqlindən imtina etdi

Dünya

15.08.2024 19:45

İyulda Cənubi Afrikadakı Ümid burnu vasitəsilə Rusiya neft məhsullarının Asiyaya tədarükü rekord həddə - 1,1 milyon tona çatıb.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Statistika göstərir ki, tədarükçülər husilərin hücumu təhlükəsi səbəbindən Qırmızı dənizdən keçən qısa marşrutdan imtina etməyə başlayıblar. 

İxracın əsas hissəsini - 0,83 milyon ton nafta, qalan hissəsini mazut və dizel yanacağı təşkil edib. Məhsullar əsasən Sinqapur, Tayvan, Hindistan və Çinə göndərilib.

Töhfə Səməd

tag: Rusiya, Neft, Tanker, Ümid burnu, todaypress.az,