Rusiya neft anbarında yanğın baş verdi

Dünya

19.12.2024 10:09

İnternetdə Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neft bazasında Ukrayna Silahlı Qüvvələrinin regiona pilotsuz uçuş aparatları (PUA) və raketlərlə kütləvi hücumundan sonra baş verən yanğının görüntüləri yayılıb. 

TodayPress xəbər verir ki, videolar “Telegram” kanallarında yayılıb.

Yanğın heç bir partlayış səsi ilə müşayiət olunmayıb.

Telekanalın məlumatına görə, neft bazası PUA-dan dağıntıların düşməsi nəticəsində alovlanıb. Qeyri-rəsmi məlumatlara görə, PUA parçalarının düşməsi nəticəsində Rostovda fərdi yaşayış evinin ərazisində də yanğın başlayıb.

Töhfə Səməd

tag: Rusiya, Yanğın, Neft ,Anbar, todaypress.az,