Rusiya NATO ölkəsinə maye qaz tədarük edən ikinci ölkəyə çevrildi

Dünya

10.10.2024 22:19

2024-cü ilin ilk doqquz ayının nəticələrinə əsasən, Rusiya NATO-nun bir hissəsi olan İspaniyaya mayeləşdirilmiş təbii qazın ən böyük tədarükçüləri siyahısında ikinci yeri tutub.


TodayPress xəbər verir ki, bu barədə  İspaniyanın “Enagas” enerji şirkəti məlumat verib.


Qeyd edək ki,  cari ilin yanvar-sentyabrında Avropa krallığı Rusiyadan 56 302 giqavat-saat ekvivalent  qaz alıb.

 

Əldə edilən nəticə İspaniyanın bu növ yanacaq idxalının ümumi həcminin təxminən 22 faizini təşkil edib. Bu göstəriciyə görə Rusiya yalnız Əlcəzairdən sonra ikinci yerdədir.

 

Aynur TAC

tag: Qaz, Rusiya, İspaniya, Əlcəzirə, todaypress.az,