Rusiya NATO ölkələrinə hücumla bağlı yayılan məlumatları təkzib etdi

Dünya

01.09.2024 15:30

1401

“Rusiya Federasiyasının NATO ölkələrinin ərazisinə hücum planı yoxdur”.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər mətbuatda Rusiyanın Litva ərazisinə qoşun yeridə biləcəyi barədə məlumatlar yayılıb.

"Öz tərəfimizdən bir daha qeyd edirik ki, ölkəmizin belə planları yoxdur" deyə Rusiya XİN məlumatı təkzib edib.

Nazirlik qeyd edib ki, Almaniya aprel ayında Litvaya ilk qoşunlarını göndərib və 2025-ci ildə alman briqadasını rəsmən aktivləşdirməyi planlaşdırıb. Çünki Almaniya tərəfi hesab edir ki, 5-7 il ərzində Rusiya NATO ərazisinə hücum edəcək və ilk zərbə Litvaya vurulacaq.

Departament Rusiyanın NATO ölkələri ilə dialoqa sadiq qaldığını vurğulayıb. Nazirlik onu da qeyd edib ki, Kreml heç bir təhlükə yaratmır, lakin Rusiyanın maraqlarını potensial olaraq təhdid edən hərəkətlər də diqqətdən kənarda qalmayacaq.

Töhfə Səməd

tag: Rusiya, NATO, Almaniya, Ukrayna, Müharibə, todaypress.az,