Rusiya “Motor Sich” zavoduna raket zərbəsi endirdi

Dünya

22.04.2025 22:50

6

Kiyevin nəzarətində olan “Motor Sich” zavodunda partlayış baş verib.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Rada" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

"Bizim "Motor Sich" zavodumuz var idi. Zavod bu gün Rusiya tərəfindən raketlə vuruldu" Zelenski vurğulayıb.

Zelenski partlayışın hansı şəraitdə baş verdiyini açıqlamayıb.

“Motor Sich” zavodu Ukrayna tərəfindən pilotsuz təyyarələrin və raketlərin yığılması üçün istifadə olunur.

Aynur TAC

tag: Zelenski,Ukrayna, Prezident, Kiyev, Partlayış,Motor Sich, todaypress.az,