Rusiya Moldovanı enerji böhranından istifadə etməməyə çağırdı

Dünya

24.01.2025 22:41

Rusiya Moldova hakimiyyətini enerji böhranından istifadə etməmək barədə xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Biz ölkədəki enerji böhranından Dnestryanı problemin güc yolu ilə həll etmək üçün istifadə edilməsi mövzusundakı fantaziyalara qarşı bir daha xəbərdarlıq etmək istərdik. Rusiya Dnestr regionunda sülh və sabitliyin təmin edilməsində həlledici rol oynamağa davam edəcək. Rusiya sülhməramlıları birgə sülhməramlı qüvvələrin tərkibində öz missiyasını peşəkarcasına və etibarlı şəkildə yerinə yetirirlər" nazirlik əlavə edib.

Aynur TAC

 

tag: Rusiya, Moldova, XİN, Enerji, todaypress.az,