Rusiya MN: Ukrayna "Kursk" AES-ə zərbə endirə bilər
Dünya
17.08.2024 16:50
Ukrayna Kursk və Zaporojye atom elektrik stansiyalarına (AES) zərbə endirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Xarkov vilayətinin Hərbi-Mülki Administrasiyasının (MCA) Daxili İşlər İdarəsi teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, adıçəkilən ölkənin regionun radiaktiv maddələrlə çirklənməsinə səbəb olan texnogen fəlakət yaratmaq niyyətini reallaşdırmaq cəhdlərinə qarşı sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək.
Məlumatda həmçinin, bu cür addımların Rusiyanı bu stansiyanı atəşə tutmaqda ittiham etmək, bununla da Ukraynanın AES-lərinə zərbələr endirilməsinə zəmin yaratmaqdan ibarət olduğu vurğulanıb.
Günəş Mərd
tag: Ukrayna, Rusiya, Xarkov,Rusiya Müdafiə Nazirliyi, AES, Zərbələr, todaypress.az,