Rusiya MN: Moskva atəşkəsi pozmayıb
Pasxa atəşkəsi dövründə Rusiya Silahlı Qüvvələri qaydalara əməl edib və əvvəlki mövqelərdə qalıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu müddətdə hücum əməliyyatları aparılmayıb.
Nazirlik həmçinin əlavə edib ki, Ukrayna ordusu da bu müddət ərzində döyüşlərin intensivliyini azaldıb.
Qeyd edək ki, atəşkəs aprelin 19-da Rusiya prezidenti Vladimir Putin tərəfindən elan edilib və aprelin 21-nə qədər davam edib.
Müddət başa çatdıqdan sonra atəşkəs uzadılmayıb.
Türkan İsgəndərli
tag: Rusiya,Ukrayna,Atəşkəs,Açıqlama,Todaypress.az,