Rusiya miqrantlara tam nəzarət edəcək
Dünya
02.01.2025 12:45
Rusiyada miqrantlara nəzarət çərçivəsində polisə əcnəbilərin yaşadığı evlərə və digər binalara sərbəst daxil olmağa icazə veriləcək.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, polis əməkdaşlarının miqrantların mənzillərinə daxil olmaq hüququ martın 5-dən qüvvəyə minəcək qanunda təsbit olunub.
Bundan əlavə, onlar Rusiyanın dövlət qurumlarından və xarici dövlət orqanlarından nəzarətin həyata keçirilməsi üçün zəruri olan, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri təşkil edən məlumat və sənədləri tələb edə biləcəklər. Həmçinin, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları banklardan əcnəbilərin bank hesabları barədə məlumat ala biləcəklər.
Polis həmçinin deportasiya rejimində olan xarici vətəndaşlara nəzarət etmək hüququna malik olacaq. Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına mobil qurğular və sifətin tanınması sistemində işləyən geolokasiya, ödəniş sistemlərinin məlumatlarından istifadə etməyə icazə veriləcək.
Qeyd edək ki, martın 5-dən Rusiyada ölkədə qeyri-qanuni yaşayan əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması üçün mexanizm fəaliyyətə başlayacaq.
Günəş Mərd
tag: Rusiya, Miqrant, Nəzarət, Vətəndaş, todaypress.az,