Rusiya meyvə və tərəvəz üçün gömrük güzəştlərini nəzərdən keçirəcək
Rusiya hökuməti meyvə-tərəvəzin bəzi kateqoriyalarının idxalına gömrük güzəştlərinin tətbiqi məsələsini nəzərdən keçirəcək.
TodayPress xəbər verir ki, bunu Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat
xidmətindən bildirilib.
“Kartof,
soğan, yerkökü, kələm və almanın idxalına güzəştlərin tətbiqi məsələsinə Gömrük
və Tariflərin Tənzimlənməsi üzrə Hökumət Komissiyası tərəfindən baxılır” nazirlik
qeyd edib.
Müvəqqəti
güzəştlər əvvəllər məhdud miqdarda mal əti, quş əti, yumurta və pomidor üçün
idxal rüsumlarının sıfıra endirilməsi şəklində tətbiq edilib.
Aynur TAC
tag: Rusiya, Gömrük, Kənd Təsərüffatı, Mal Əti, Yumurta, todaypress.az,