Rusiya meşələrin yanğından qorumasına 14 milyard rubl ayırdı
Dünya
20.08.2024 01:00
2024-cü
ildə Rusiya meşələri yanğınlardan qorumaq üçün 14 milyard rubl ayırıb.
TodayPress
xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
Məlumata
görə, bu ötən illə müqayisədə 200 milyon çoxdur.
Yanğınların
söndürülməsi üçün ekologiya milli layihəsi çərçivəsində bölgələrə xüsusi
texnika, o cümlədən meşə yanğınsöndürən maşınlar göndərilib. Yanğınla
mübarizədə təkcə yerüstü avadanlıqlar deyil, ən qabaqcıl elmi-texniki
nailiyyətlər kömək edib.
Qeyd
edək ki, iqlim dəyişikliyi Yunanıstan, Kanada və Amazonda yanğınların baş vermə
ehtimalını müvafiq olaraq iki, üç və iyirmi dəfə artırıb.
Aytac Müşfiq
tag: Rusiya, Meşə, Yanğın, Kanada, Yunanıstan,Ekologiya,todaypress.az,