Rusiya məhkəməsi Yuliya Navalnayanın həbsinə qərar verdi
Dünya
09.07.2024 20:13
Moskva məhkəməsi mərhum
rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın
iki ay müddətinə qiyabi həbsinə qərar verib.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, məhkəmə Rusiyadan kənarda yaşayan Navalnayanı
“ekstremist” qruplaşmada iştirakda ittiham edib. Qərara əsasən, ölkəyə ayaq
basacağı təqdirdə, Navalnaya müəyyən müddətə qədər həbslə üzləşəcək.
Xatırladaq ki, 47 yaşlı Navalnaya ərinin fevral ayında Arktikada cəzaçəkmə koloniyasında ölməsindən sonra diqqət mərkəzində olub və Navalnının mübarizəsini davam etdirəcəyini bildirib.
Nəzrin Cavadzadə
tag: Yuliya Navalnaya, Rusiya, Həbs, Məhkəmə, todaypress.az,