Rusiya Lvovu raket atəşinə tutdu: 5 ölü, 35 yaralı

Dünya

04.09.2024 11:28

Sentyabrın 4-nə keçən gecə Rusiya onlarla PUA və 13 raketlə Ukrayna ərazisini atəşə tutub. 

TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. 

Rusiya hərbi aviasiyasının Lvov, Krivoy Roq və Odessaya raket atəşi nəticəsində 5 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hava hücumunun dəf edilməsinə aviasiya, zenit-raket qoşunları, radioelektron müharibə (EW) bölmələri, həmçinin Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları cəlb edilib.

Hava hücumundan müdafiə qüvvələri 29 hava hədəfini məhv etməyə müvəffəq olub.

Günəş Mərd

tag: Rusiya, PUA, Lvov, Krivoy Roq, Odessa, todaypress.az,