Rusiya Kurskda xəndək taktikasına keçdi
Dünya
14.08.2024 17:49
Rusiya qoşunları Kursk vilayətində səngərlər qazmağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.
Bildirilib ki, Lqov-Sudja avtomobil yolunun yaxınlığında müdafiə istehkamları tikilir.
Xəndəklərin qazıldığını təsdiqləyən peyk görüntüləri də dərc olunub. Fotolardan aydın olur ki, inşa edilən səngərlər Viktorivka kəndi yaxınlığında, sərhəddən 45 kilometr aralıda yerləşir.
Günəş Mərd
tag: Rusiya, Kursk, Lqov-Sudja, İstehkamlar, Viktorivka, todaypress.az,