Rusiya Kurskda reportaj hazırlayan jurnalistlərə qarşı cinayət işi açacaq

Dünya

16.08.2024 11:15

Rusiya Daxili İşlər Nazirliyi Kursk vilayətindən reportaj hazırlayan italyan jurnalistlərə qarşı cinayət işi açmağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb. 

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci “Dövlət sərhədini qanunsuz keçmə” maddəsinə əsasən cinayət işinin açılması nəzərdə tutulub. 

İtaliyanın “TG1” kanalında Kursk vilayətinin Sudja şəhərindən reportaj  yayımlanıb. Onlar sərhəd yaxınlığında zədələnmiş Ukrayna texnikasını nümayiş etdirib, həmçinin şəhərdə qalan yerli sakinlərlə söhbət ediblər.

Töhfə Səməd

tag: Rusiya, Jurnalistlər, İtalyan,Kursk, Cinayət, todaypress.az,