Rusiya Kubaya dizel yanacağı və avadanlıq göndərəcək
Dünya
08.11.2024 21:54
Rusiya
Kubaya enerji böhranı ilə bağlı yardım kimi ümumi dəyəri 62 milyon dollar olan
80 min ton dizel yanacağı və avadanlıq göndərəcək.
TodayPress
xəbər verir
ki bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, Rusiya adanın energetika
sektorunda yaranmış vəziyyətlə əlaqədar Kubaya təcili yardım göstərməyə
hazırdır. Buraya 60 milyon dollar dəyərində 80 min ton dizel yanacağı daxildir.
Kubanın hakimiyyət orqanları hazırda noyabrın 6-da adanın qərbində baş vermiş qasırğa nəticəsində zədələnmiş kommunikasiyaların bərpası üzərində işləyirlər.
Departamentin sosial şəbəkələri ölkənin şərq bölgəsində elektrik enerjisinin verildiyi barədə məlumat yayıb. Ölkənin qərbində, o cümlədən Havanada hələ də ziyan qalmaqdadır.
Aynur
TAC
tag: Kuba, Rusiya, Yanacaq, Energetika, Dizel, todaypress.az,