Rusiya kubalıları Ukrayna ilə müharibəyə göndərir
Kuba vətəndaşları Ukraynadakı müharibəyə qoşulmaq üçün Rusiyaya axışır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr qeyd edib ki, könüllülər qeyri-rəsmi kanallar vasitəsilə qeydiyyatdan keçirlər. Döyüşçülərin ümumi sayının yüzlərlə olduğu bildirilir.
Kuba xarici işlər naziri Karlos Fernandez de Koşo müharibəyə getmək istəyənlərə qarşı artıq tədbirlərin görülməyə başladığını bildirib.
Qeyd edək ki, bu yaxınlarda Britaniya kəşfiyyatı Moskvanın artıq Afrika və Asiyadan on minlərlə muzdlu əsgəri Ukrayna müharibəsinə cəlb etməsi ilə bağlı məlumat yaymışdı.
Günəş Mərd
tag: Rusiya, Kuba, Ukrayna,Moskva, Müharibə, todaypress.az,